Baş infeksionist: “Əks göstəriş sertifikatının verilmə müddəti hələ məlum deyil”

img

11-08-2021 [15:19]


“Vaksin vurdurulması üçün əks göstərişlər çox az faiz təşkil edir”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O qeyd edib ki, əks göstəriş tələbləri ölkədə istifadə olunan hər 4 vaksin üçün eynidir: “Gələcəkdə ola bilər ki, əks göstərişə aid olan şəxslərə vaksin vurulsun. Lakin bu gün həmin şəxslərə peyvənd vurulması məsləhət deyil. Onkoloji, xroniki xəstəliyi olan, hamilələr və digər kateqoriyaya aid olan şəxslər bu siyahıya aiddir. Komissiya işinə yeni başladığından əks göstəriş sertifikatının verilmə müddəti hələ məlum deyil. Xəstənin vəziyyəti yaxşılaşdıqca peyvənd vurdurulması üçün dəvət edilə bilər. Odur ki, sertifikatların qısa müddətli verilməsi nəzərdə tutulur”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA