Xocavənddə mina partlayıb - İki erməni minaaxtaran yaralanıb

img

11-08-2021 [14:17]


Rusiya sülhməramlı hərbçilərinin müvəqqəti nəzarəti altında olan Xocavənd rayonunun Yenikənd kəndi ərazisində minanın partlaması nəticəsində 2 erməni minaaxtaran yaralanıb.

Hadisə barədə məlumatı “Aysor” yayıb.

Bildirilib ki, yaralıların vəziyyəti ağırdır.

Həmin ərazilər Ermənistan hərbçilərinin nəzarəti altında olub. Odur ki, oradakı minaları da ermənilər və onlara havadarlıq edənlərin basdırdığı istisna olunmur.

Mütəxəssislər bildiriblər ki, erməni minaaxtaranlar bir vaxtlar Ermənistan hərbçilərinin basdırdığı minaya düşüblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA