Restoran sahibi olan dostunun qanunsuzluğuna göz yuman rəis işdən çıxarıldı - Vilayət Eyvazovdan növbəti dəyişiklik

img

11-08-2021 [13:11]


Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.

Qeyd edək ki, M.Quliyev bir neçə gün öncə rayon ərazisindəki restoranda keçirilən toy mərasimində karantin rejimi qaydalarının pozulması faktına göz yumub. Araşdırma zamanı müəyyən edilib ki, onun həmin restoran sahibi ilə yaxın münasibətləri olub/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA