Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11-08-2021 [00:03]
Qoç - iş, maliyyə məsələləri və karyera ilə bağlı qərarlar qəbul edərkən tələskənliyə yol verməyin. Sizi aldatmağa çalışacaqlar. Etibara layiq olmayan insanlara inanmayın. Maliyyə məsələləri ilə bağlı ixtilaflar yarana bilər. Belə anlarda hədsiz güzəştlərə getməyin. Mövqelərinizi müdafiə edin.
Günün ikinci yarısı romantik görüş, sevdiyiniz insanla ünsiyyət üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlar sizinlə maraqlanırlar. Tanışlıqlar olacaq. Lakin münasibətlər istədiyiniz məcrada inkişaf etməyəcək.
Buğa - bütün diqqəti cari işlərə yönəldin. Xüsusi səylər göstərmədən uğur qazana bilərsiniz. Müttəfiq və tərəfdaşları diqqətlə seçin. Onlar sizi bəzi qayğı və problemlərdən xilas edəcəklər. İşgüzar görüşlər pis keçməyəcək. Səslənən təkliflərdən bəzilərini qəbul edərək maliyyə durumunuzu möhkəmlədə bilərsiniz.
Karyeranızı inkişaf etdirin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə mənfi təmayüllərin təsiri güclənəcək. Adi günlərdən fərqli olaraq qarşıdurma və münaqişə riski artır. Sevdiyiniz insanlarla mübahisə etməyin.
Səhhətiniz pisləşə bilər. Ürək-damar sisteminizi qoruyun.
Əkizlər - gün mahiyyət etibarilə pis deyil. Xüsusilə mühüm saydığınız işlərdə uğura nail ola bilərsiniz. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla təmaslarda aktiv olun. Karyeranızla bağlı məsələləri müzakirə edin. Yaxın ətrafınızdakı insanlarla özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli olun.
Günün ikinci yarısında sevdiyiniz insana xoş emosiyalar bəxş edin. Axşam saatları ailəvi tədbirlər, qonaq qəbulu üçün pis deyil. Eksperimentlər aparmaq, yeni işə başlamaq olar.
Məqsədə çatacaqsınız.
Xərçəng - günün ilk yarısında mühüm, vacib işlərə başlamayın. İşlər arzuolunmaz məcrada gedə bilər. Ruhdan düşməyin, çətinliklərə sinə gərin. Yanınızdakı insanlardan biri sizə dəstək verəcək. Qəfil hədiyyələr, xoş sürprizlər istisna deyil.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Əhvalınız pis deyil. Rasionunuza fikir verin, sağlam qidalanın. Pəhrizə başlaya bilərsiniz. Zərərli vərdişlərdən əl çəkmək asan olmasa da, buna nail olun.
Şir - yaxşı gündür. Yaşamın bir çox sahələrində müsbət təmayüllərin təsiri güclənir. İdeya və planlarınız pis deyil. Yaxın ətrafınızdakı insanlar başladığınız işin perspektivlərinə inanmasalar da, nailiyyətləriniz əhəmiyyətli olacaq. Müttəfiq və tərəfdaş axtarışlarına çox vaxt sərf etməyin. Ağır işlərin öhdəsindən özünüz də gələ bilərsiniz.
Günün ikinci yarısında gəlirlər olacaq.
Sevdiyiniz insanla tam anlaşmaya nail olmağa can atın. Önəmli qərar qəbul etmək fikriniz varsa, qətiyyətli olun.
Qız - önəmli hadisələrin yaşanmayacağı vaxtdır. Amma mahiyyət etibarilə pis gün deyil. Peşəkar fəaliyyət müstəvisində uğurlar əldə edəcəksiniz. İndiyədək münasibətlərinizin gərgin olduğu həmkarlarınızla dil tapa bilərsiniz. Dəyər verdiyiniz insanlardan xəbər, mühüm məlumat alacaqsınız.
Günün ikinci yarısı ailə və məişət qayğılarının çözülməsi, yaşam arealında qayda yaradılması üçün əlverişlidir. Yaxınlarınızla münasibətlərizi nizamlayın. Ailə üzvləriniz ideya və planlarınızı dəstəkləyəcəklər.
Maliyyə fonu stabildir. Gəlirlər az olsa da, xərclər çox deyil.
Tərəzi - yeni işlərə başlamaq üçün əlverişli zamandır. Məsuliyyət tələb edən, mühüm işlərə başlaya bilərsiniz. Yaşamınızda müsbət dəyişikliklərə nail olmaq istəyirsinizsə, iradəli və aktiv olun. İri sövdələşmələr, yeni fəaliyyət sahəsində çalışmaq üçün münasib vaxtdır.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Maraqlı tanışlıq olacaq.
Axşam saatlarında əylənə bilərsiniz.
Əqrəb - uğurlu və yaxşı gündür. Yaşamın bütün sahələrində müsbət təmayüllərin təsiri hiss olunur. Başladığınız işləri təxirə salmayın, bitirin. Yaradıcılıq uğurları istisna deyil. İndiyədək çoxlarının duymadıqları və bilmədikləri bacarıqlarınızı başqaları da görəcəklər.
İşgüzar danışıqlar və görüşlər üçün münasib zamandır.
Günün ikinci yarısında sizə pozitiv emosiyalar verəcək tanışlıq istsina deyil. Müsbət dəyişikliklər başlanacaq. Sevdiyiniz insanla münasibətlərdə harmoniyaya mane olan, çoxdan bəri çözmək istədiyiniz probelmi aradan qaldırın.
Oxatan - bir sıra məsələlərin həlli üçün əlverişli gündür. Peşəkar fəaliyyət müstəvisindəki irəliləyişlər sizi sevindirəcək. Rəqiblər passivləşiblər. Çoxdan arzuladığınız fəaliyyət azadlığını, sərbəstlik və asudəliyi əldə edəcəksiniz. Karyerada irəliləyə bilərsiniz. Mövqelərinizi möhkəmləndirməyə, daha səbatlı olmağa çalışın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Axşam saatları yaxşı keçəcək. Ailə üzvləri və yaxınlarınıza pozitiv emosiyalar bəxş etməyə çalışın.
Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Oğlaq - fəaliyyət üçün pis gün deyil. Diqqətli, səbrli, ciddi olun. Detallara və xırdalıqlara fikir verin. Yaxın ətrafınızdakı insanlar sizə qarşı çox tələbkardır. Yaranmış situasiya ilə bağlı əsəblər tarıma çəkilir. Münaqişə ehtimalı böyükdür.
Maliyyə itkiləri ola bilər. Alış-verişdə çox pul xərcləməyin.
Günün ikinci yarısında tamamilə mənasız bir məqam və ya iş yaxınlarınızla münasibətlərinizi korlaya bilər. Emosiyalarınıza nəzarət edin. Əhvalınız yaxşı deyil. Xroniki ağrılar kəskinləşə bilər.
Dolça - səbrli, təmkinli olun. Hədəfə çatmaq üçün səhvləri sıralamayın. Daha təcrübəli dostlar və yoldaşların məsləhətlərinə qulaq asın. İndiyədək əldə etdiyniz biliklərlə məlumatlar yetərli olmaya bilər.
Alış-verişdə çox pul xərcləməyin.
Günün ikinci yarısında emosiyalar tarıma çəkiləcək, qıcıq yaradan hadisələr yaşanacaq. Hansısa olay ürəyinizcə olmaya bilər, mütləq şəkildə problemlər yaranacaq. Ailədə münasibətləri rəvan edin. Münaqişələrə yol verməyin.
Axşam saatlarında çox sinirlənə bilərsiniz. Əhvalınızın pisləşməsi istisna deyil.
Balıqlar - uğurlu gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Məhsuldar fəaliyyət üçün izafi səylərə ehtiyac yoxdur. Önəmli işgüzar danışıqlar aparmaq olar. Rəqiblərinizi və opponentlərinizi asanlıqla üstələyə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Sevdiyiniz insanla təmaslarda qayğıkeş olun. Yeni tanışlıqlar, xoş görüşlər istisna deyil. Əməlləriniz və qərarlarınız yanlış olmamalıdır.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Milli.Az
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov