Havanın temperaturu 50 dərəcəyə qalxa blər - Xəbərdarlıq

img

10-08-2021 [16:03]


Son 20-30 ildə havanın temperaturu 1,4 dərəcə artıb.

Mia.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Onun sözlərinə görə, yay aylarında gündəlik havanın temperaturu ilə bağlı proqnoz verdikdə görürük ki, bəzi günlərdə havanın temperaturu orta aylıq göstərici ilə müqayisədə 4-5 dərəcə çox olub:

“Bu, artıq maksimal qiymətlərin kəskin olmasını göstərir. Əvvəllər Bakıda havanın 38-39 dərəcə olmasını kəskin olaraq göstərirdiksə, indiki dövrdə bəzi günlərdə temperaturun 43-44 dərəcə olduğu müşahidə edilir.

Əgər müəyyən addımlar atılmasa, 30-40 ildən sonra havanın temperaturu 48-50 dərəcə ola bilər”.

O qeyd edib ki, iqlim dəyişmələrinə səbəb olan sənayə azkarbonlu texnologiya tətbiq etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA