"Gənclik" stansiyasında qadın qatar yoluna düşüb

img

10-08-2021 [13:12]


Bu gün saat 12:51-də "Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasında qadın qatar yoluna düşüb.

Bu barədə mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, stansiyaya yaxınlaşan qatarın maşinisti dayanıb və aidiyyəti üzrə məlumat verib. Bundan sonra yola elektrik gərginliyinin verilməsi dayandırılıb, sərnişin qatar yolundan çıxarılıb.

"İnsidentlə bağlı Bakı metrosunun "Yaşıl" və "Qırmızı" xətlərində 10 dəqiqəyə yaxın yubanma olub və tezliklə aradan qaldırılacaq", - deyə o, qeyd edib.

Qatar yoluna düşmüş qadın 1967-ci il təvəllüdlü Dilgüşə Bəkirovadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA