Abel Məhərrəmovla Yaqub Eyyubovun qudalığı pozulub - Sabiq rektorun oğlunun əmlakı bölünəcək

img

09-08-2021 [16:55]


Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov həyat yoldaşı Mehriban Məhərrəmovadan boşanıb. 

MİA.AZ qaynarinfo-ya istinadla xəbər verir ki, Mehriban Məhərrəmova artıq əvvəlki soyadını (Eyyubova) daşıyır. 

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə keçirilən məhkəmədə Mehriban Eyyubovanın "əmlak bölgüsü”nə dair iddiası qismən təmin edilib. 

Məhkəmə iclası Mehriban Eyyubovanın başqa iddiaları əsasında sabah da öz işini davam etdirəcək. 

Qeyd edək ki, M.Eyyubova Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA