Komitə sədri: “Vaksinasiyadan keçməyənlərin fəaliyyətinə icazə verilməməlidir”
09-08-2021 [15:30]
“Son həftələrin statistikası göstərir ki, Azərbaycanda COVID-19-a yoluxmada yenidən artım var. Artıq reanimasiyadakı ağır xəstələrin və xəstəlikdən ölənlərin sayı artıb”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, COVID-19-a yoluxmaların sayının qarşısının alınması üçün tədbirlər görülməlidir: “Həmin tədbirlər bunlardan ibarət ola bilər: yenidən sərtləşdirilmiş karantin rejiminə keçmək, məhdudiyyətləri artırmaq və ya vaksinasiyanı sürətləndirmək. Bunların hər üçü eyni zamanda da ola bilər. Hesab edirəm ki, daha çox üstünlüyü vaksinasiyaya verməliyik. Nəzərə almaq lazımdır ki, payızda hava-damcı yolu ilə yayılan infeksiyaların da sayı artır. Bu baxımdan olduqca sürətli bir şəkildə vaksinasiya prosesi aparılmalıdır”.
Komitə sədri COVID-19-la mübarizədə maarifləndirmə işinin kifayət etmədiyini vurğulayıb: “Vətəndaşlarımızın çoxu məsuliyyətsizlik, biganəlik göstərirlər. Ona görə də vaksinasiya prosesinin artırılması üçün bəzi stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Təklif edərdim ki, şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti bərpa olunsun və ondan istifadə edənlər yalnız vaksinasiya olunmuş şəxslər olsun. Eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olanlar peyvənd olunsunlar. Vaksinasiyadan keçməyənlərin fəaliyyətinə icazə verilməməlidir. Qarşıdan tədris dövrü yaxınlaşır. Hesab edirəm ki, bütün təhsilverənlər, təhsil işçiləri, tələbələr də bu prosesə cəlb olunmalıdırlar”.
M.Quliyev bildirib ki, Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var: “Bu işə kifayət qədər klinika da cəlb olunub. Ona görə də ən çox üstünlüyü vaksinasiyaya verməliyik. Çünki təcrübə göstərir ki, qapanmalar da müəyyən dövr ərzində effekt verir. Sərt karantin rejimi yumşalan kimi yenidən yoluxmada artım baş verir. Qapanmalara getmək məcburiyyətdən doğan bir addımdır. Bunun da iqtisadi, sosial və psixoloji gərginlikləri olur. Belə hallarla qarşılaşmamaq və sağlamlığımızı qorumaq üçün mütləq qaydalara riayət etməliyik və vaksinasiya prosesinə qoşulmalıyıq”.
Qeyd edək ki, hazırda ölkədə 11 737 aktiv koronavirus xəstəsi var. Bu günə qədər Azərbaycanda 351 825 nəfər COVID-19-a yoluxub, 33 025 nəfər isə sağalıb. Ümumilikdə xəstəlikdən ölüm sayı 5 063 təşkil edir. Həmçinin bu günə qədər vətəndaşlara 5 418 243 doza vaksin vurulub/Report.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslərin qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov