Deputat "Oğlumun təhlükəsizliyindən narahatam" dedi, DİN reaksiya verdi: "Məsələ nəzarətdə saxlanılır

img

08-08-2021 [09:27]


Milli Məclisin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli orduda xidmət edən oğlunun təhlükəsizliyindən narahat olduğunu bildirib. 

Mia.az-ın məlumatına görə, Tahir Kərimli “Reaksiya TV”yə müsahibədə deyib ki, Milli Məclisdəki məlum çıxışından sonra həmkarları onunla hətta eyni liftə belə minmirlər, onu övladlarının toyuna dəvət etməyiblər.

DİN-nin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Tahir Kərimlinin oğlunun təhlükəsizlik məsələsi ilə bağlı səsləndiriyi fikirlər öyrənilir və məsələ nəzarətdə saxlanılır: “Millət vəkili özü bu barədə Daxili İşlər Nazirliyinə müraciət etməsə də, onunla əlaqə saxlanılıb və deputatı narahat edən məsələlərə aydınlıq gətiriləcək. Hər bir vətəndaşın təhlükəsizliyi, təhlükəsiz şəraitdə yaşaması və fəaliyyət göstərməsinin təmin olunması polisin başlıca vəzifəsidir”.

Qeyd edək ki, daha əvvəl T. Kərimlinin Milli Məclisin plenar iclasında keçmiş həmkarı Eldəniz Səlimovun müdafiəsinə qalxaraq, “polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur”,- deməsi müzakirələrə səbəb olmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA