"Pfizer-BioNTech" və "Moderna" peyvəndlərinin qiymətləri artıb

img

01-08-2021 [18:16]


"Pfizer-BioNTech" və "Moderna" şirkətləri koronavirus (COVID-19) əleyhinə istehsal edikləri vaksinlərin qiymətlərini artırıb.

Mia.az Report-a istinadla xəbər verir ki, "Pfizer-BioNTech" şirkəti eyniadlı vaksininin bir dozasının qiymətini 15,5 avrodan 19,5 avroya (31.3 - 39.4 AZN) qaldırıb.

"Moderna" şirkəti isə bir doza vaksinin qiymətini 22,6 ABŞ dollarından 25,5 dollara (38,4-43,3 AZN) qaldırıb.

Qeyd edək ki Avropa Dərman Agentliyi (EMA) hazırda Avropa İttifaqı ölkələrində yalnız "Pfizer-BioNTech", "Moderna", "AstraZeneca", "Johnson & Johnson" şirkətləri tərəfindən istehsal olunan peyvəndlərin istifadəsinə icazə verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA