Ceyhun Bayramov: "Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı"

img

29-07-2021 [23:46]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov meşə yanğınları zamanı həlak olanlarla bağlı Türkiyəyə başsağlığı verib.

Mia.az xəbər verir ki, XİN başçısı bu barədə özünün feysbukdakı hesabında yazıb:“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA