"Roma" - "Portu" oyununda erməniyə görə dava düşüb - VİDEO

img

29-07-2021 [18:18]


İtaliyanın "Roma" və Portuqaliyanın "Portu" komandaları arasında yoldaşlıq matçında insident baş verib.

Məlumata görə, buna Portu təmsilçisinin kapitanı Pepenin "canavarlar"ın yarımmüdafiəçisi Henrix Mxitaryana qarşı kobud oyunu səbəb olub.

38 yaşlı oyunçunun müdaxiləsindən sonra yerə yıxılan erməni futbolçu buna cavab olaraq, rəqibini vurmaq istəyib. Digər futbolçular və klub rəsmilərinin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA