Bu kəndlərdə toy edənlər cərimələnib

img

29-07-2021 [17:43]


Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Təzə Şilyan, Küçəkənd, Qulabənd, Qaracallı və Lək kəndlərində yerləşən 6 fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibləri ilə profilaktiki səpkidə söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA