Vətən müharibəsi qazisi Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib 

img

29-07-2021 [16:28]


Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepe Universitetinin xəstəxanasında dünyasını dəyişib.

Bu barədə Mia.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Bildirilib ki, mərhumun nəşinin Azərbaycana gətirilməsi üçün müvafiq prosedurlar həyata keçirilir.

Qeyd edək ki, baş leytenant Cahangirli Habil Həzər oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA