Rəsmi Moskvadan sərhəddıki gərginliklə bağlı daha bir açıqlama: "Kreml İrəvanla təmasdadır..."

img

29-07-2021 [14:14]


"Kreml Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin fərqindədir və tərəflərlə işləyir."

Mia.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

O bildirib ki, baş verənlərdən xəbərdardırlar: "Dünən Ermənistan-Azərbaycan sərhədində gərginlik yaşandığını bilirik. Və bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəsin bərpası üçün çox səy göstəriblər. Bu istiqamətdə iş davam edir".

Peskov deyib ki, Rusiya üçtərəfli sazişlərin tam icrasını təmin etmək üçün İrəvan və Bakı ilə təmaslarını davam etdirir.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi təklifi ilə bağlı jurnalistlərin sualına cavab olaraq Dmitri Peskov bildirib ki, İrəvanla təmaslar davam edir: "Başqa əlavə edəcəyim bir şey yoxdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA