Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşa məscidində namaz qılıblar - FOTO

img

29-07-2021 [13:40]


Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətlərinin Şuşaya səfəri davam edir.

Qonaqlar Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrinə baş çəkiblər, Cıdır düzündə olublar.

Nümayəndə heyəti daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edib. M.Şentop, Ə.Qeysəri və Azərbaycan, Türkiyə, Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıblar, dualar ediblər/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA