“Müəllimlərin işə qəbulu üzrə imtahanlar suallarında səhv var" - Nazirlik 6 min namizədə güzəştə getdi

img

29-07-2021 [12:17]


“Müəllimlərin işə qəbulu üzrə imtahanlar üçün təqdim olunan test tapşırıqlarında səhv sual ola bilər. Bu da texniki problemlərlə bağlıdır”.

Bunu Təhsil İnstitutunun mərkəz rəhbəri Nəzakət Mehdiyeva deyib.

Onun sözlərinə görə, həmin suallar vaxtında aşkar olunaraq apellyasiya zamanı namizədlərə məlumat verilir.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə qeyd edib ki, builki imtahanlarda 5 sualda uyğunsuzluq olduğundan 6 000 namizədin balına əlavələr olub/Report.

***

“İl ərzində paytaxtda hər bir fənn üzrə cəmi 1 və ya 2 vakant yer açılır. Bu da Bakıda demoqrafiyanın çox olması ilə əlaqədardır”.

Bu fikirləri isə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu müəllimlərin işə qəbulu imtahanları ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, vakant yerlər daha çox ucqar ərazilərdəki məktəblərdə qalır: “Çünki bir çox namizəd imtahanda iştirak edir, ancaq müəyyən səbəblərdən işləmək istəmirlər. Buradan müəllim olmaq istəyən namizədlərə səslənirəm ki, doğurdan da ürəkdən müəllimlik peşəsinə yiyələnmək istəyənlər düşdüyü yerdən asılı olmayaraq işləsələr yaxşı olar”.

Nazirlik rəsmisi bildirib ki, insanları qıcıqlandıran daha çox iş yerinin olması tələbidir: "Bu isə mümkün deyil. Biz vakant yerlər üzrə işləyirik. Bu günə qədər məktəblərdə həddindən artıq müəllim olduğundan optimallaşdırma, onların hamısının normal əməkhaqqı alması üçün minimum 18 saatlıq stavkaya malik olmalıdırlar. Əgər hansısa müəllim pensiyaya gedir və ya hər hansı səbəbdən işdən çıxırsa, başqaları üçün vakant görünə bilər. Əslində isə normal əməkhaqqı almaları üçün müəllimin iş saatları digərləri arasında bölünür. Bunlar da nəzərə alınmalıdır”.

"Bu gün rayonlarda, dağ kəndlərinin məktəblərində vakant yerlər olsa da, namizədlərin əksəriyyəti ora işləmək üçün getmirlər. Bu gün əksəriyyət yaşadığı yerdə işləmək istəyir. Bu gün dövlət universitetlərijə tələbə qəbul edilərkən bu yerlər nəzərə alınır. Bakıda əhalinin sıx yaşadığı yerlərdə isə vakant yerlər məhduddur", - V.Yaqublu qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA