“Pfizer”: "Yenidən vaksinasiya “Delta” stammına qarşı müdafiəni artıra bilər"

img

28-07-2021 [20:42]


Koronavirus peyvəndinin üçüncü dozası “Delta” ştammından qorunmanı artıra bilər.

Bu barədə “Pfizer” şirkətinin hesabatında deyilir.

“Üçüncü doza vurulduqdan sonra “Delta” variantının təsirsiz hala gətirilməsində təxmin edilən potensial 100 dəfə artır”, - sənəddə göstərilib.

Bundan əlavə, şirkətin hesabatında qeyd olunub ki, 18-55 yaş arası insanlarda təkrar peyvəndləmədən sonra antikor sayı beş dəfədən çox, 65-85 yaş arası insanlarda isə 11 dəfə artır.

Daha əvvəl Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru, biologiya elmləri doktoru Ança Baranova koronavirusun “Delta” ştammına əsaslanan yeni mutasiyaların mümkünlüyü barədə məlumatların gələn ilin əvvəllərində əldə ediləcəyini açıqlamışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA