Bakıda güclü külək bir sıra fəsadlara yol açıb - VİDEO
28-07-2021 [19:36]
İyulun 28-i gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.
Mia.az xəbər verir ki, bununla əlaqədar paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.
Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsində fərdi yaşayış evinin dam örtüyünün uçması nəticəsində dağıntılar altında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasedici qrupu dərhal hadisə yerinə cəlb olunub və zərərçəkmişi xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Paytaxtın Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən şadlıq sarayının fasad şüşələrinin bir hissəsinin sınması, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən doqquzmərtəbəli binanın daş üzlüklərinin asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyətlərlə əlaqədar həmin ünvanlara cəlb olunmuş FHN XRXX-nın xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Bundan başqa, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən iyirmimərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin fasad hissəsində kondisionerin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükəli vəziyyət yaratması barədə daxil olmuş məlumat əsasında XRXX-nın müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, xüsusi alət və avadanlıqlar vasitəsilə kondisioner götürülərək sakinlərin təhlükəsizliyi təmin edilib.
Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən beşmərtəbəli binada dəmir lövhənin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün yaratdığı təhlükəli vəziyyətlə əlaqədar hadisə yerinə cəlb olunmuş XRXX-nın xilasetmə qüvvələri müvafiq tədbirlər görərək, təhlükəni aradan qaldırıblar.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, güclü küləkli hava ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir