Rəsmi Moskvadan Kəlbəcərdəki gərginliklə bağlı açıqlama: “Bunlar dialoqu yoluna qoymağa mane olur və..."
28-07-2021 [19:13]
“Həm Azərbaycanla, həm də Ermənistanla yaxın münasibətləri olan Rusiya bu ölkələr arasındakı sərhədə, habelə sülhməramlı qüvvələrimizin yerləşdiyi Qarabağda olan vəziyyətə xüsusi diqqət yetirir. Rusiya sabitliyin qorunmasına, dinc həyatın bərpasına, o cümlədən qaçqınların qaytarılmasına, cəsədlərin qarşılıqlı şəkildə təhvil verilməsinə mühüm töhfə verməyə davam edir. Bakı ilə İrəvan arasında etimad tədbirlərinə dəstək verir, KTMT, BMT, UNESCO missiyalarının bölgəyə gəlişini təmin etmək üçün çalışırıq”.
Bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
Rusiya XİN-in Qarabağda gərginliyin artmasını narahatlıqla qarşıladığı diqqətə çatdırılıb: “Bunlar dialoqu yoluna qoymağa mane olur, iki ölkənin əsassız itkilərinə səbəb olur. Yeri gəlmişkən, sərhəddəki insident zamanı həlak olanların yaxınlarına başsağlığı vermək istərdik. Bu kimi məsələlər yalnız siyasi yollarla həll olunmalıdır. Vacib məqam sərt bəyanatlardan vaz keçməkdir. Əminik ki, gərginliyi azaltmağın etibarlı yolu sərhədlərin təcili olaraq delimitasiyasına başlamaq, sonra isə demarkasiyasını həyata keçirməkdir. Rusiya tərəfi dialoq üçün bir sıra sənədlər hazırlayıb”.
Azərbaycan, Ermənistan, Rusiya liderlərinin görüşlərini şərh edən Zaxarova aparılan danışıqlarda regiondakı vəziyyətin əsas yer tutduğunu vurğulayıb. O deyib ki, ölkə rəhbərləri ən əlverişli həll variantlarını tapmaq əzmində olduqlarını, qan tökülməsinə son qoymuş razılaşmaları ardıcıl və hərtərəfli şəkildə yerinə yetirməyə tam sadiq olduqlarını bildiriblər.
Bundan əlavə, bir neçə dəfə müzakirələr aparmış üçtərəfli işçi qrupun fəaliyyətinə də diqqət yetirilib: “İşçi qrupun yaxın vaxtlarda iclaslarına davam edəcəyinə inanırıq. Bu da həm Azərbaycanın, həm Ermənistanın, bütövlükdə Cənubi Qafqazın mənafeyinə uyğun olacaq birgə infrastruktur layihələrinin mərhələli şəkildə icrasına başlamaq imkanı yarada bilər”.
Kenni Arroyo yeni klub axtarır
Daha bir ölkə ABŞ-a poçt göndərişlərini dayandırıb
Rusiya Kiyevə ağır zərbələr endirir - Ölən və yaralananlar
Azərbaycan nefti bahalaşdı
Leyla Əliyeva və Arzu Əliyeva Şamaxıda - FOTOLAR
Bakıda oteldə qətl - Oğul anasını öldürdü
Müğənni Niyam Salami 550 min manatlıq iş üzrə qərarı ləğv etdirib
“Muğam” müsabiqəsində narazılıq: "Mən həqiqətən üç yerdən birinə layiq idim" - AÇQLAMALAR
Klub prezidenti başından güllələndi - Türkiyədə + FOTO
Bakıda mənzildə partlayış: bir nəfər xəsarət alıb
Tarix yazan “Qarabağ”... - İndidən 20 milyon avro və...
"Beşiktaş" "Mançester Siti"nin qapıçısı ilə maraqlanır
"Beşiktaş" yarımmüdafiəçisi ilə müqaviləyə xitam verib
"Qalatasaray"ın yeni transferi İstanbula gəlir
Gəncənin son 7 ili: Niyazi Bayramovun rəhbərliyi ilə idarəetmədə sabitliik, inkişafda dinamika - Kafedra müdiri yazır
"Beşiktaş" Djalo ilə bağlı məlumat yayıb
Baş məşqçi "Qalatasaray"ın hücumçusunu yığmaya çağırmamasını belə izah etdi: "O, indi aşağı liqada oynayır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" futbol tariximizdə yeni bir səhifə yazdı" - İlham Əliyevdən paylaşım + FOTO
Çempionlar Liqası: "Qarabağ" daha bir tarixi uğura imza atdı, qruplara yüksəldi (Yenilənib)
Türkiyə səmasının "polad gümbəzi" işə salındı - Ərdoğan 47 "baş"lı sistemlə durmayacaqlarını deyir (VİDEO)
İndoneziyada qızılca epidemiyası: 17 nəfər ölüb
ABŞ-da dini məktəbə hücum olub - İki şagird ölüb, 20 yaralı var
Tramp: "Corc Soros və oğlu məsuliyyətə cəlb edilməlidir"
BAKININ DAHA 3 RAYONUNDA SÖKÜNTÜ BAŞLAYIR - Bu ərazilərdə (SİYAHI)
Bakı və rayonlarda 14 məktəbə direktor təyinatı olub
Nazirlik "xaricdə onlayn təhsil" vədləri ilə bağlı açıqlama yaydı: "Diplomlar tanınmayacaq"
Fransanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb - XİN-də görüş oldu
Cənubi Koreya məktəblərində mobil telefondan istifadə qadağan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xırdalanda DOST Mərkəzində yanğın olub (Yenilənb)
Türkiyədə maaşlar artdı: professor 4200 manat, hakim, polis, müəllim, mətbuat katibi, bağban, qarson isə...- SİYAHI/MƏBLƏĞLƏR
Qəzzada itkilərlə bağlı son məlumat açıqlandı - Daha 76 nəfər ölüb
Sabah Ağdaş, Zaqatala və Şəkinin bəzi kəndlərində qaz olmayacaq
Şamaxıda yanğın törədən şəxs saxlanılıb
Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - Açıqlama
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
Qazaxda yanğın törədən şəxs saxlanılıb
Film çəkmək üçün Qubaya gedənlər qəzaya düşüb - Ölən var (Yenilənib)
Rəsmi Moskva Ukraynaya sülhməramlı göndərilməsini istəmir
MİQ üzrə vakansiya: 1300-dən çox namizəd uğur qazanıb
İLHAM ƏLİYEVİN YENİ MESAJLARI... - Bir müsahibənin izi ilə (TƏHLİL)