Tokio-2020: hansı ölkə daha çox medal qazanıb?

img

28-07-2021 [18:09]


Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 29 növ üzrə mübarizə gedib.

Mia.az xəbər verir ki, daha 23 dəst medal 3X3 basketbol, idman gimnastikası, velosiped, suya tullanma, atçılıq, qılıncoynatma, cüdo, avarçəkmə, reqbi, üzgüçülük və ağırlıqqaldırma növlərində sahiblərini tapıb. Beləliklə, 95 dəst medala 62 ölkənin idmançıları yiyələnib.

Yaponiya 22 (13 qızıl, 4 gümüş, 5 bürünc) medalla keyfiyyətcə birinci pillədəki mövqeyini qoruyub.

27 (12 qızıl, 6 gümüş, 9 bürünc) medal qazanan Çin 2-ci sıraya yüksəlib. Medal əyarında 3-cü yeri isə 11 "qızıl", 11 "gümüş" və 9 "bürünc"lə ABŞ tutur.

İki taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 53-cü pillədə qərarlaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA