Biləsuvarda etiraz: su problemi ilə bağlı yolu kəsənlərdən bəziləri polisə aparılıb

img

28-07-2021 [12:48]


Biləsuvar rayonunda bir qrup yerli sakin su problemi ilə əlaqədar olaraq bu gün rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, rayonun Yuxarı Cürəli və Təzəkənd kənd sakinləri icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək, nəqliyyatın hərəkətinə mane yaradıblar.

Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları onlara bununla bağlı xəbərdarlıq edib. Xəbərdarlığlara riayət etməyən və ictimai asayişi pozan bir neçə rayon sakini polis şöbəsinə gətirilib.

Digər sakinlər isə problemlə əlaqədar olaraq rayon İcra Hakimiyyətinin başçısı və adiyyatı qurumların rəhbərləri tərəfindən qəbul edilib.

Onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində tədbirlər görülür.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA