Göyçayda toy sahibləri cərimələnib

img

28-07-2021 [12:23]


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə fərdi evlərdən təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması hallarına rast gəlinib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, rayonun Ləkiçıplaq kənd sakinləri Bəylər Həmidov və Altay Qasımov, Cəyirli kənd sakini Zahir Həsrətov, eləcə də Ulaşlı Şıxlı kənd sakini Zaur İsmayılova məxsus fərdi yaşayış evlərində keçirilən toy mərasimlərində iştirak edən qonaqların 50 nəfərdən artıq olduğu müəyyən edilib.

Həmin toy sahibləri inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA