Suqovuşanda erməni hərbçinin qalıqları tapıldı

img

28-07-2021 [09:03]


Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbçisinin qalıqları tapılıb.

Ermənistan mediası xəbər verir ki, Suqovuşanda bu gün aparılan axtarışlar zamanı Ermənistan ordusunun itkin düşmüş hərbçisinin müharibədə məhv edildiyi məlum olub. Hərbçinin meyiti Ermənistana aparılıb. Onun şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.

Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qalıqları tapılan itkin erməni hərbçilərin sayı 1 616 nəfərə çatıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA