RƏSMİ BAKIDAN YEREVANA İTTİHAM: "Ermənistanla münasibətlərin normallaşması, iki ölkə arasında sülh müqaviləsi və..." (YENİLƏNİB)
26-07-2021 [17:25]
"Ermənistan üçtərəfli razılaşmanın bəndlərinin həyata keçirilməsinə əngəllər yaradır".
Bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviçlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“İlk üçtərəfli razılaşmanın imzalanmasından artıq müəyyən vaxt keçib. Bu razılaşmanın bəzi bəndləri yerinə yetirilib, bəzilərinin icrası davam edir, müəyyən çətinliklər var. Bu məsələdə Ermənistan tərəfinin mövqeyi üçtərəfli razılaşmanın bütövlükdə həyata keçirilməsinə, regiondakı vəziyyət üçün təhlükədir” – deyə nazir vurğulayıb.
C.Bayramov həm üçtərəfli razılaşma, həm də beynəlxalq hüquq çərçivəsində ərazilərin minalardan təmizlənməsinin, Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin təqdim olunmasının vacibliyini də diqqətə çatdırıb:
“İlk altı ay ərzində Ermənistan minalanmış ərazilərin xəritəsinin mövcudluğunu belə inkar edirdi. 6 ay sonra, beynəlxalq vasitəçilər işə qarışdıqdan sonra minalanmış ərazilərin kiçik hissəsinin xəritəsi Azərbaycana təqdim olundu. Bu nə deməkdir? Xəritələrin təqdim olunması niyə 7-8 ay uzandı? Və niyə həmin ərazilərin yalnız bir hissəsinin xəritəsi təqdim olunub? Halbuki ötən müddət ərzində təkcə Azərbaycan tərəfindən minalardan 150-dən artıq ölən və xəsarət alan oldu. Yəni münasibətlərin yoluna qoyulması, bütövlükdə etimadın yaranması məsələsində Ermənistanın destruktiv mövqeyi göz qabağındadır”.
Nazir xatırladıb ki, yanvar ayında imzalanmış ikinci üçtərəfli razılaşmanın ikinci bəndi nəqliyyat yollarının açılmasını nəzərdə tutur: “Tərəflərin bununla bağlı öhdəlikləri var. Razılaşma imzalandıqdan sonra aktiv iş başlandı, yanvar – fevral aylarında baş nazir müavinləri səviyyəsində işçi qrupun altı iclası keçirildi, nəticələr də ümidverici oldu. Amma konstruktiv mövqe görmürük. Ermənistan tərəfinin açıqlamaları prosesə ziyan vurur. Ümidvarıq ki, Ermənistan bu prosesin onların özləri üçün nə qədər mühüm olduğunu dərk edər”.
Delimitasiya işlərinin hələ başlamadığını deyən nazir 30 ildir torpaqları işğal altında saxlamış ölkənin öz məsuliyyətini dərk etməsinin vacibliyini dilə gətirib: “Artıq dövlət sərhədləri var. Ermənistan bunu dərk etməlidir. Öhdəliklər var, imzalanmış sənədlər var. Ermənistan keçmiş prinsipləri ilə sülh prosesinə xələl gətirir. Bundan da ən çox elə Ermənistanın özü ziyan çəkəcək. Ümidvarıq ki, gec-tez qarşı tərəfdən real və konstruktiv addımlar görəcəyik”.
***
“Təəssüf ki, hələlik Ermənistan tərəfinin sülhlə bağlı təkliflərimizə cavab tədbirlərini müşahidə etmirik".
Bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan serbiyalı həmkarı Nikola Selakoviçlə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.
“Ermənistan tərəfindən torpaqlarımızın 30 ilə yaxın davam edən işğal faktı, Vətən müharibəsi nəticəsində işğala son qoyulması və beynəlxalq hüququn bərqərar olması barədə həmkarımı məlumatlandırdım. Həmçinin, sülhün əldə olunması, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, orada şəraitin yaradılması və yenidənqurma işləri barədə Azərbaycan tərəfindən atılan sistemli addımlar barədə də məlumat verdim.
Ermənistanla münasibətlərin normallaşma imkanları, iki ölkə arasında sülh müqaviləsi təklifi, sərhədlərin delimitasiyası istiqamətində Azərbaycan tərəfinin atdığı addımlar barədə də bildirdim”/Report.
Ukrayna, Rusiya, ABŞ nümayəndələri BƏƏ-də bir arada - 4 saata yaxın müzakirə aparılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı