Azərbaycanın daha bir idmançısı Tokio-2020-yə lisenziya qazanıb

img

26-07-2021 [14:35]


Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Milli Paralimpiya Komitəsidən Mia.az-a verilən məlumata görə, atletika idman növü üzrə milli komandanın üzvü Orxan Qasımov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək, paralimpiadada iştirak hüququ əldə edib.

Bununla da Azərbaycan paralimpiyaçılarının qazandığı lisenziya sayı 36-ya çatıb və bu, rekord göstəricidir. Onlardan 12-si atletika, 11-i cüdo, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.

Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR