NAZİRLİYİN VƏZİFƏLİ ŞƏXSLƏRİ İLƏ ŞİRKƏT ARASINDA TENDER OYUNU: korrupsiya faktı üzə çıxdı, istintaq başladı
22-07-2021 [19:08]
Hesablama Palatasından turizmin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin icrası zamanı yol verilmiş qanun pozuntuları haqqında Baş Prokurorluğa daxil olmuş material üzrə araşdırma aparılıb.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, müəyyən edilib ki, hazırda ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyi ilə “Rəqəmli Dövr” MMC arasında bağlanmış müqavilə üzrə Nazirliyin əsasında yaradılmış Dövlət Turizm Agentliyi tərəfindən faktiki olaraq satın alınmadığı halda, müxtəlif kitabçaların və xəritələrin satın alınması üzrə qeyd edilən Cəmiyyətə 14 noyabr 2018-ci il tarixdə külli miqdarda ödəniş edilib.
Habelə ölkədə keçirilmiş ticarət festivalları (“Şoppinq festival”) üzrə icraçı müəssisə olan “Azərbaycan Konqreslər Bürosu” MMC tərəfindən 2017-2018-ci illərdə təşkil edilmiş ümumilikdə üç belə festival üzrə ayrı-ayrı telekanallarda reklamların ödənişsiz əsaslarla yerləşdirildiyi halda, reklam xidmətlərinə görə Nazirlik tərəfindən qeyd edilən Cəmiyyətə xüsusilə külli miqdarda büdcə vəsaiti ödənilib.
Bundan əlavə, araşdırmalarla nazirlik tərəfindən müxtəlif xidmətlərin göstərilməsinə dair müqavilələrin icrası zamanı heç bir təsdiqedici sənədlər olmadan büdcə vəsaitinin silinməsinə yol verildiyi, həmçinin tədbirlərin keçirilməsi ilə bağlı icarə xərcləri üzrə artıq büdcə vəsaitinin ödənildiyi də müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Ukrayna, Rusiya, ABŞ nümayəndələri BƏƏ-də bir arada - 4 saata yaxın müzakirə aparılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı