Prezident İlham Əliyev Şarl Mişellə birgə naharda - FOTOLAR (YENİLƏNİB)

img

18-07-2021 [20:42]


İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə işçi nahar ediblər.

Mia.az xəbər verir ki, dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidentini qarşıladı.

Sonra Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə foto çəkdirdilər.

Görüşdə Azərbaycan-Avropa İttifaqı siyasi əlaqələrindən məmnunluq ifadə olundu, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi. Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Şarl Mişelə azad edilmiş torpaqlarda gedən işlərlə bağlı məlumat verdi, postkonflikt vəziyyət barədə danışıldı.

Görüşdə, eyni zamanda, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qoşulmama Hərəkatı ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivləri barədə fikir mübadiləsi apardılar.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniştərkibli görüşdə bu mövzularla bağlı müzakirələr davam etdirildi.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA