DAXİLİ QOŞUNLARIN MAŞINI DƏRƏYƏ YUVARLANDI: 15 hərbçi yaralanıb, 3-nün vəziyyəti ağırdır (YENİLƏNİB)

img

17-07-2021 [17:52]


Daxili İşlər Nazirliyi Göygöldə hərbçilərimizin düşdüyü qəza ilə bağlı məlumat yayıb. 

DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov açıqlamasında bildirib ki, bu gün günorta saatlarında Göygöl rayonunun Aşıqlı kəndində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobil aşıb.

Onun sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”.

E. Zahidov qeyd edib ki, faktla bağlı araşdırma aparılır.

***

Göygöl rayonu, Aşıqlı kənd ərazisindən keçən hissədə Daxili Qoşunların hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Məlumata görə, nəticədə 10-dan çox hərbçi xəsarət alıb.

Onlardan bir neçəsinin xəsarəti ciddidir.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA