Azərbaycan daha iki ölkəyə vaksin göndərəcək

img

17-07-2021 [18:12]


Prezident İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq daha iki ölkəyə "AstraZeneca" peyvəndi partiyası göndəriləcək.

Mia.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, milli aviadaşıyıcının təyyarələri ilə Tacikistana, eləcə də Bosniya və Herseqovinaya həmin vaksinin 40 min dozası hər ölkəyə çatdırılacaq.

Peyvəndin çatdırılması AZAL-ın çarter reysləri ilə 19 iyulda Bakıdan Sarayevo şəhərinə, 20 iyulda isə Düşənbə şəhərinə həyata keçiriləcək.

Xatırladaq ki, daha əvvəl Azərbaycan "AstraZeneca" peyvəndini Özbəkistana (50 min doza) və Qırğızıstana (40 min doza) ötürüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA