Qubadlda ermənilərin atıb qaçdığı silahlar tapıldı - FOTOLAR

img

16-07-2021 [17:24]


Azad edilmiş Qubadlı rayonu ərazisində silah-sursat aşkar edilib.

Mia.az DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu gün keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 14 ədəd müxtəlif növ qumbara və alışqanları, 41 ədəd qumbaraatan mərmisi, 1 ədəd avtomat, 3 ədəd avtomat darağı və 4313 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA