"Keşlə" Rusiyanın "Soçi" klubu ilə oyuna hazırlaşır

img

16-07-2021 [15:35]


"Keşlə" Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyanın "Soçi" klubu ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Mia.az xəbər verir ki, paytaxt təmsilçisinin açıqladığı siyahıda 22 futbolçuya yer verilib. Onların 3-ü qapıçı, 10-nu müdafiəçi, 7-si yarımmüdafiəçi, 2-si isə hücumçudur.

Qapıçılar: 1. Stanislav Namaşko, 85. Kamal Bayramov, 27. Əkbər Vəliyev

Müdafiəçilər: 2. İlkin Qırtımov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 8. Tural Axundov, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 21. Miyusko Boyoviç, 22. Elçin Mustafayev, 44. Sərcan Omarov

Yarımmüdafiəçilər: 7. Rəhman Hacıyev, 10. Felipe Santos, 14. Tiran Vəlizadə, 77. Merab Giqauri, 17. Omar Qudiyabi, 72. Aldair Neto, 99. Rafael Məhərrəmli

Hücumçular: Amil Yunanov, Samir Abdullayev

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 22-də Rusiyada olacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA