DİN-də daha iki rəisi təyinatı oldu - Generalın qohumunun vəzifə yeri dəyişdirildi

img

16-07-2021 [14:29]


Azərbaycanda yeni yaradılan polis bölməsinə rəis təyin edilib.

Mia.az-ın məlumatına görə, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsinin rəisi, polis mayoru Toğrul Hüseynov tutduğu vəzifədən azad edilərək Saray polis bölməsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Samir Qayıbov Qobu polis bölməsinin rəisi vəzifəsinə təyinat alıb. 

Xatırladaq ki, Saray polis bölməsi yeni yaradılıb.

Qeyd edək ki, Saray polis bölməsinə rəis təyin edilən Toğrul Hüseynov polis generalı Rafiq Abbasovun yaxın qohumudur.(Lent.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA