Ermənistan hərbçiləri Naxçıvandakı mövqelərimizi yenə atəşə tutdu: "Düşmən cavab atəşi ilə susdurulub"

img

16-07-2021 [13:55]


İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

Mia.az xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.

Bildirilib ki, bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur: "Düşmən cavab atəşi ilə susdurulub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA