"Bu xəstəliyin gizli dövrü var..." - "Delta" Azərbaycanda necə yayılıb?

img

15-07-2021 [15:17]


Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Delta” ştamının ölkəyə necə keçməsi ilə bağlı fikirlərə izahat verib.

Mia.az xəbər verir ki, o, bir şəxsin uçuşdan əvvəl verdiyi testin neqativ çıxmasından müəyyən vaxtdan sonra nəticəsinin pozitiv olmasını misal gətirib: "Bu xəstəliyin gizli dövrü var. Sonuncu dövrdə virus özünü pozitiv olaraq büruzə verə bilər. Bilirik ki, adətən uçuşdan 72 saat əvvəl PCR testi nəticəsində nəticə neqativ ola bilər. Lakin keçən müddətdən sonra tənəffüs yollarına düşən virus növbəti analizdə pozitiv çıxa bilər”.

Nazirlik rəsmisi deyib ki, "“Delta” ştamının daha ağır xəstəliklərə səbəb olması və digər təhlükələrlə bağlı hələ heç bir elmi sübut yoxdur: "Baş verən fəsadlar sadəcə müşahidələrdir".

T.Eyvazov onu da bildirib ki, iki doza alan və xəstəliyi yüngül keçirən şəxslərin xəstəxanaya yatırılmasına ehtiyac yoxdur: “Mümkün qədər arxayınlaşmayaq. Peyvəndin kütləviliyi də artırılmalıdır, çünki yeganə çıxış yolu vaksinasiyadır”.

Eyvazovun sözlərinə görə, müşahidələr göstərir ki, 2 doza peyvənd alan şəxslər vaxt keçdikdən sonra bədənlərində olan immunitet zəifləyir: "İmmun sistemi zəif olan və xroniki xəstəliyi olanlarda 3-cü dozanın əhəmiyyəti daha çoxdur. Risk qrupuna aid olan şəxslərə qorunma vasitəsi olaraq 3-cü doza vurulması üstün tutulur: Xüsusilə də tibb işçiləri viruslu xəstələrlə çox təmasda olur. Buster dozanın (qüvvətləndirici) vurulması məcburi deyil və tövsiyə xarakterlidir. Bu da vaksinin müddətsiz olmasına heç bir təsir göstərmir”.

Mütəxəssis qeyd edib ki, buster dozada istənilən vaksin növündən istifadə edilə bilər:

“Vaksinlərin hər birinin effektiv olduğu düşünülür”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA