Milli Antiplagiat Xidməti yaradılacaq

img

15-07-2021 [13:36]


AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Milli Antiplagiat Xidmətinin yaradılması konsepsiyası işlənilir.

İnstitutdan Mia.az-a verilən məlumata görə, görülən işlər çərçivəsində plagiatlıq və piratçılıq anlayışları, plagiatlığın növləri və onu yaradan səbəblər müəyyənləşdirilib.

Plagiatlıqla mübarizə metodları, o cümlədən antiplagiat proqram vasitələri əsas göstəricilərə görə təhlil edilib. Azərbaycanda antiplagiat xidmətləri araşdırılıb və hazırda İnstitutda Plagiatlıqla Mübarizə Xidməti fəaliyyətə başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA