İranın yeni prezidenti İlham Əliyevi təbrik edib: "Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və..."

img

15-07-2021 [12:59]


İran İslam Respublikasının yeni Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Mia.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi tvitter hesabında məlumat yayıb.

Məlumata görə, Seyid İbrahim Rəisi Prezident İlham Əliyevdən səmimi təbrik məktubu almasından məmnunluq ifadə edərək bildirib ki, iki dost, qardaş və qonşu ölkənin əlaqələri xalqlarımızım qardaşlıq bağlarına, ortaq mədəniyyətinə və tarixinə söykənir.

Rəisi sonra işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə Prezident Əliyevi təbrik edib.

İranın yeni seçilmiş prezidenti bildirib ki, yeni fürsətlərdən faydalanaraq və məsləhətləşmə yolu ilə əməkdaşlıq yüksələn templə inkişaf edəcək, bölgədə sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA