“Neftçi” və "Dinamo" klublarının rəhbərliyi arasında rəsmi görüş olub

img

14-07-2021 [16:52]


UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Neftçi” və Gürcüstanın "Dinamo" (Tbilisi) klublarının rəhbərliyi arasında rəsmi görüş olub.

Mia.az xəbər verir ki, görüşdə "ağ-qaralar"ın prezidenti Kamran Quliyev, vitse-prezidenti Elnur Eyvazov, Tbilisi təmsilçisinin rəhbəri Roman Pipiya və digər rəsmilər iştirak ediblər.

Quliyev həmkarına üzərində hər iki komandanın adları yazılmış Bakının portretini hədiyyə edib.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Dinamo" matçı saat 21:00-da başlayacaq. İlk oyunda flaqman 2:1 hesablı qələbə qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA