Bu hərbçilərin uşaqlarına aylıq müavinət ödəniləcək - Yeni qanun təsdiqləndi

img

13-07-2021 [20:01]


Prezident İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib.

Mia.az xəbər verir ki, qanuna əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına “Sosial müavinətlər haqqında” qanuna uyğun olaraq aylıq müavinət ödəniləcək.

Əvvəllər müddətli xidmət hərbi qulluqçularının, hərbi təhsil müəssisələri kursantlarının (müddətli xidmət hərbi qulluqçuları və mülki gənclər sırasından) uşaqlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul müavinəti ödənilirdi.

Qeyd edək ki, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə hər övladına aylıq 100 manat məbləğində sosial müavinət ödənəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA