Prezident İlham Əliyev “Kredit ittifaqları haqqında” qanunu imzaladı - Detallar

img

13-07-2021 [17:19]


Prezident İlham Əliyev “Kredit ittifaqları haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra kredit ittifaqları hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi qaydada qurumda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.

Borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” qanunla tənzimlənir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA