COVID-19 sertifikatları “myGov.az”a inteqrasiya olunub
13-07-2021 [14:30]
COVID-19 sertifikatları “myGov.az” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub.
Mia.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, vətəndaşlar COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarına “myGov” portalında “Məlumatlarım” bölməsində baxa bilərlər. Bununla yanaşı, şəxsi kabinetdə “Qurumlar üzrə” bölmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olaraq müvafiq sertifikatlara baxmaq mümkündür.
“myGov” şəxsi kabineti üzərindən vətəndaşlara COVID-19 testinin nəticəsi, habelə vurulan birinci və ikinci dozanın tarixləri haqqında da bildirişlərin göndərilməsinə başlanılıb.
İmmunitet sertifikatı son 6 ay ərzində yoluxmuş şəxslərə verilir. Vaksin sertifikatı isə birinci və ikinci doza vaksini vuran vətəndaşlara təqdim olunur. Vaksin sertifikatında sənədin nömrəsi və verilmə tarixi, həmçinin vətəndaşın soyadı, adı, doğulduğu tarix, pasport nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), birinci doza, ikinci doza haqqında məlumatlar və QR kod öz əksini tapıb. İmmunitet sertifikatında isə sənədin nömrəsi və verilmə tarixi, vətəndaşın soyadı, adı, doğulduğu tarix, pasport nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), testin adı, son pozitiv nəticənin tarixi, qüvvədə olma müddəti haqqında məlumatlar və QR kod yerləşdirilib.
“Android” və “iOS” əməliyyat sistemi istifadəçiləri COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarına “myGov” mobil tətbiqindən də baxa bilərlər.
Elektron Hökumətin İnkişafı Mərkəzi elektron xidmətlərə dair vətəndaşlar arasında mütəmadi olaraq sorğular aparır, toplanan rəy və təklifləri təhlil edərək, təkmilləşdirmə işləri həyata keçirir. Bu rəy və təkliflərin təhlili nəticəsində “myGov” mobil tətbiqində bir sıra yeniliklər vətəndaşların sərəncamına təqdim edilib. Belə ki, “ASAN ödəniş” mobil tətbiqi üzrə bir sıra ödənişlərin “myGov” mobil tətbiqinə inteqrasiyası həyata keçirilib. Həmçinin, vətəndaşlara “myGov”da “daşınmaz əmlak məlumatlarım” bölməsində daşınmaz əmlak haqqında məlumatları yükləmək imkanı yaradılıb, mobil tətbiqin dizaynında bir sıra yeniliklər tətbiq olunub.
“myGov” mobil tətbiqini aşağıdaki linklərdən yükləmək mümkündür.
"Android": https://play.google.com/store/apps/details?id=az.gov.my
"iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Çempionlar Liqası: "Liverpul" "Qarabağ"a 5-ci qolu da vurdu - CANLI YAYIM (Yenilənir)
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək