Ali təhsillə bağlı yeni layihələr icra olunacaq

img

16-07-2021 [11:19]


2021-2022-ci tədris ilindən ali təhsil müəssisələrinin tələbələri üçün müasir peşələr üzrə mütəxəssislərin hazırlanması ilə bağlı yeni layihələrin icrası planlaşdırılır.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, dövlət-özəl tərəfdaşlığına əsaslanacaq bu layihələrin reallaşması üçün hazırda yerli və xarici şirkətlərlə əməkdaşlıq imkanları dəyərləndirilir.

Bu istiqamətdə qabaqcıl təcrübəni tətbiq edən "Code Academy" şirkəti ilə İT sahəsində müasir biliklərə malik mütəxəssislərin yetişdirilməsində əməkdaşlıq ediləcək.

Qeyd edək ki, təhsilalanların müasir ixtisaslara və peşə bacarıqlarına yiyələnməsi əsas fəaliyyət istiqamətlərindən biridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA