"Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi" adlı hesabat hazırlanıb

img

13-07-2021 [11:35]


Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi "Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi" adlı hesabat hazırlayıb.

Mərkəzdən verilən məlumata görə, hesabatda həm işğaldan azad olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin Ermənistan tərəfindən mənimsənilməsi siyasətinin müxtəlif tərəfləri araşdırılır.

İki hissədən ibarət olan hesabatın birinci hissəsində Qarabağın mədəni və tarixi irsinin, o cümlədən muzey və mədəniyyət abidələrinin talan edilməsi, həmçinin ərazidə qanunsuz arxeoloji qazıntıların aparılması araşdırılır. Materialın ikinci hissəsində abidələrin “erməniləşdirilməsi” və azərbaycanlılara məxsus irsin saxtalaşdırılması təhlil edilir. Hesabatın bir qismi Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan mənbələrə əsasən hazırlanıb.

Hesabatda həmçinin Almaniyanın Bochum Universitetinin professoru Hans-Yoachim Heintze tərəfindən yazılmış "Silahlı qarşıdurmalar zamanı mədəni irsin qorunması" adlı materialda təsbit olunmuş hüquqi qiymətləndirmədən də istifadə edilib.

Hesabatı oxumaq və yükləmək üçün BU LİNKə daxil olmaq lazımdır.

https://aircenter.az/uploads/files/Cultural%20Appropriation.pdf


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA