Daha bir Avropa ölkəsi Azərbaycan vətəndaşlarına giriş məhdudiyyətini ləğv edib

img

13-07-2021 [10:18]


İyulun 12-dən etibarən Finlandiya Azərbaycan vətəndaşları üçün ölkəyə giriş məhdudiyyətlərini ləğv edib.

Məlumata görə, həmçinin, Moldova, Litva, Sloveniya və İsveçrə vətəndaşları üçün də məhdudiyyətlər aradan qaldırılıb.

Son vaxtlaradək Finlandiya yalnız Avropa İttifaqında (Aİ) vətəndaşlığı və ya yaşama icazəsi olan şəxslər, onların ailə üzvləri, Aİ ölkələrinin rezidentləri, tranzit sərnişinlər və digər kateqoriyaya aid olanlar daxil ola bilərdi.

Xatırladaq ki, məhdudiyyətlər koronavirus pandemiyası ilə əlaqəli tətbiq edilmişdir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA