Azərbaycanda daha 69 nəfər COVID-19-a yoluxub, 3 nəfər ölüb - Qərargah son məlumatı yaydı

img

12-07-2021 [20:18]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 802 nəfər müalicə olunaraq sağalıb, 4987 nəfər vəfat edib, aktiv xəstə sayı 1534 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6271, ötən müddət ərzində isə ümumilikdə 3 858 551 test aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA