Sabiq deputatın oğlu ilə məşhur iş adamı məhkəməyə verildi - Kredit qalmaqalı

img

12-07-2021 [17:43]


“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) “Şərurlu İsfəndiyar” kimi tanınan məşhur iş adamı, tikinti maqnatı İsfəndiyar Axundovu məhkəməyə verib.

Mia.az Report-a istinadla xəbər verir ki, işlə bağlı cavahdeh qismində sahibkarın oğlu Mehti Axundovun rəhbərlik etdiyi “Stil Tikinti” Mənzil-Tikinti Kooperativi, eləcə də fiziki şəxs İlqar Abışov çıxış edir.

Bundan başqa, ABB lisenziyası 2009-cu ildə ləğv olunmuş və hələ də, ləğv prosesində olan “Debüt Bank” ASC-ni, eləcə də Bankın məxsus olduğu keçmiş deputat Fərhad Qəribovun oğlu Rəşad Qəribovu məhkəməyə verib.

Hər iki iddiaya səbəb kredit müqaviləsi üzrə mübahisələrdir. İşlər hazırda müvafiq olaraq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsindədir. Hakimlər müvafiq olaraq Nigar Nəbizadə və Vafəddin İbayevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA