Sabiq nazir: "ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edilməlidir"
11-07-2021 [14:55]
“ABŞ, Rusiya və Fransanın səfirləri Şuşaya gedənə qədər rəsmi və ictimai təcridə məruz qoyulmalıdır. Yəni qəbul edilməməli, istənilən tədbirə dəvət olunmamalıdırlar”.
Bunu Azərbaycanın sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov bildirib.
T. Zülfüqarov qeyd edib ki, digər ölkələrin səfirləri kimi Şuşaya səfərə dəvət olunan ABŞ, Rusiya və Fransa səfirlərinin bu səfərdə iştirak etməməsi nümayişkaranə mövqe sərgiləməkdir: “Bununla vəziyyət stabilləşəndən sonra status barədə danışıqlar aparmaq niyyətində olduqları mesaj verirlər. Onların bu elədikləri Madrid prinsiplərinin məntiqidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın səfirlərinin işğaldan azad olunmuş ərazilərə, o cümlədən Şuşaya təşkil edilən səfərlərdə iştirak etməməsində ikinci başqa məna tapa bilmirəm. Azərbaycan da artıq birmənalı öz mövqeyini bildirməlidir. Əslində bu mövqe Prezident İlham Əliyev tərəfindən bildirilib. Dövlət başçısı bəyan edib ki, münaqişə bitib, heç bir status olmayacaq, indi Azərbaycanın dəvəti ilə burada olan Rusiya və Türkiyə bizə bu bölgələri reinteqrasiya etməkdə köməklik göstərirlər. Bu baxımdan ATƏT-in Minsk Qrupu üçün heç bir vəzifə qalmır və bu mövqe dəfələrlə bəyan edilib. Amma görünür ki, Azərbaycanın bu mövqeyi ilk növbədə həm Ermənistanın, həm də fərqli mövqedə olan dairələrin xoşuna gəlmir”.
Diplomat qeyd edib ki, Azərbaycan öz əraziləri üzərində suveren hüquqlarını bərpa edib: “Azərbaycanın bu suveren hüquqlarını heç kim əlindən ala bilməz. Bu baxımdan Azərbaycan artıq birmənalı mövqe ortaya qoyaraq, ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməlidir. Artıq bunun vaxtı gəlib çatıb”/APA.
Abşeronda 54 yaşlı kişini öldürüblər
Ərdoğan Şahbaz Şəriflə müzakirə aparıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğan Zelenski ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Qukasyanın cinayət işi: sənədlər elan edilib - Məhkəmə iclası
BŞTİ əməkdaşı başsız məktəbin dağınıq binası ilə bağlı tələb qoyub - "Təhsil Nazirliyində də tualetin qapısı yoxdur?" - FOTOLAR
Belaruslu nazir İstanbulda yoxa çıxıb - Axtarış başlayıb
"Sivasspor" oyunçusu ilə yollarını ayırıb
Bakıda 15 mənzilin sakininə müvəqqəti kirayə pulu veriləcək
Sabiq komitə sədrinin qızı vəzifədən azad olunub - Açıqlama
Teleaparıcı "Azəriqaz"a səsləndi: "Bu, nə məntiqdir? Kartlarınız işləmirsə..." - FOTO
Bakıda ictimai nəqliyyatda gedişhaqqı artırılacaq? - Açıqlama
Babək Quliyev UEFA-dan təyinat alıb
Prezident İlham Əliyev fərman imzalayıb - Dəyişiklik
Təhsil krediti üçün müraciətlər başlanıb
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi - Nələr müzakirə olunb?
Beynəlxalq axtarışda olan 9 İŞİD üzvü tutulub - İstanbulda
"Olimpik Marsel" Dani Sebalyosu heyətinə qatır
Sabah hava necə olacaq? - Proqnoz
"Hakimiyyət baxır, məni tanıyır" - Kəramət
Həkim barışıq üçün alimin ailəsinə 40 min təklif edib - Məhkəmə işi
"Açıq-saçıq geyinmisən, səni müayinə etmirəm" deyən həkim... - Türkiyədə daha bir maraqlı olay
13 yaşlı qıza 30-dan çox kişi təcavüz edib - Kəmalə Ağazadə şok iddianı təsdiqlədi, "saxlanılanlar var" dedi
Kenni Arroyo yeni klub axtarır
Daha bir ölkə ABŞ-a poçt göndərişlərini dayandırıb
Rusiya Kiyevə ağır zərbələr endirir - Ölən və yaralananlar
Azərbaycan nefti bahalaşdı
Leyla Əliyeva və Arzu Əliyeva Şamaxıda - FOTOLAR
Bakıda oteldə qətl - Oğul anasını öldürdü
Müğənni Niyam Salami 550 min manatlıq iş üzrə qərarı ləğv etdirib
“Muğam” müsabiqəsində narazılıq: "Mən həqiqətən üç yerdən birinə layiq idim" - AÇQLAMALAR
Klub prezidenti başından güllələndi - Türkiyədə + FOTO
Bakıda mənzildə partlayış: bir nəfər xəsarət alıb
Tarix yazan “Qarabağ”... - İndidən 20 milyon avro və...
"Beşiktaş" "Mançester Siti"nin qapıçısı ilə maraqlanır
"Beşiktaş" yarımmüdafiəçisi ilə müqaviləyə xitam verib
"Qalatasaray"ın yeni transferi İstanbula gəlir
Gəncənin son 7 ili: Niyazi Bayramovun rəhbərliyi ilə idarəetmədə sabitliik, inkişafda dinamika - Kafedra müdiri yazır
"Beşiktaş" Djalo ilə bağlı məlumat yayıb