Nazirlər Kabineti AFFA-nın müraciətinə müsbət cavab verdi 

img

10-07-2021 [18:20]


Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Mia.az xəbər verir ki, AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb.

Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən ilk olaraq, "Neftçi" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qəbul edəcək. İyulun 14-də "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlanacaq.

İyulun 22-də "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda İsrail "Aşdod"u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçına çıxacaq. Bu görüş saat 20:00-da başlanacaq.

"Sumqayıt" eyni mərhələdə Serbiya "Çukariçki"si ilə, "Keşlə" isə Rusiya "Soçi"si ilə ev oyunlarını iyulun 29-da keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA