Bir qrup karateçi və məşqçiyə "İdman ustası" dərəcəsi verilib

img

10-07-2021 [15:22]


Yarışlarda yüksək nəticələr əldə edən və uğurlu fəaliyyət göstərən bir qrup karateçi və məşqçiyə Azərbaycan Repsublikasının "İdman ustası" dərəcəsi verilib.

Azərbaycan Karate Federasiyasından Mia.az-a verilən məlumata görə, idmançılardan Roman Heydərov, Tale Yaqubov və Novruz Əliyevə, məşqçilərdən isə Tərlan Cavadova dərəcə medalları və vəsiqələrlə yanaşı, AMKF-in Fəxri Diplomları, hədiyyələr və qurumun əməkdaşlıq tərəfdaşı olan Veteran Tankçılar Bİrliyinin Fəxri Fərmanları verilib.

Mükafatları təqdim edən federasiya prezidenti Yaşar Bəşirov idmançı və məşqçilərə hər zaman diqqətlə yanaşıldığını qeyd edərək onlara uğurlar arzulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA