RƏSMİ MOSKVADAN QARABAĞLA BAĞLI DAHA BİR AÇIQLAMA: "Bu, çox vacib və alternativsizdir, ancaq sərhədə rus qoşunları..."

img

08-07-2021 [15:31]


"Qarabağ məsələ ilə bağlı üçtərəfli sazişlərin icrasına dair Azərbaycanla əlaqələr daimi xarakter daşıyır".

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında iyulun 7-də Moskvada Putin-Paşinyan görüşünün baş tutmasından sonra Azərbaycan tərəfi ilə də hər hansı danışıqların gözlənildiyinə dair suala cavabında bildirib.

“Azərbaycan tərəfi ilə kontaktlar daimi əsaslarda davam edir. Hamı razılaşır ki, üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi çox vacib və alternativsizdir. Bu çərçivədə də həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə kontaktlar həyata keçirilir”, - deyə Kremlin sözçüsü vurğulayıb/APA.

Kreml sözçüsü Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sənədin imzalanması barədə məlumatı təkzib edib.

“Xeyr, bu məlumat həqiqətə uyğun deyil”, - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də yayılan məlumatlara görə, xüsusən də sərhədin Zod-Xəzinəvar hissəsində sülhməramlıların yerləşdirilməsi barədə sənədlərin imzalanıb-imzalanmayacağına dair jurnalistlərin sualını cavablandırarkən deyib.

Eyni zamanda, Peskov vurğulayıb ki, Putin və Paşinyan arasındakı danışıqlarda Qarabağ mövzusu və orada yerləşdirilən Rusiya hərbçiləri ilə ikitərəfli münasibətlərlə əlaqəli məsələlər şübhəsiz müzakirə ediləcək.

“Ancaq hər hansı bir sənədin imzalanması planlaşdırılmır”, - deyə Rusiya prezidentinin sözçüsü bildirib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA